Rusiyanın qalmaqallı şou-biznes ulduzu Olqa Buzova Moskva-Baku saytına müsahibə verib.
Məşhur jurnalistin “Azərbaycan yeməkləri arasında ən sevimli yeməyiniz hansıdır” sualına maraqlı cavabı ilə oxuyucuların təəccübünə səbəb olub. O bildirib ki, Azərbaycan yeməkləri arasında ən sevdiyi təam lülədir.
“Yemək bişirməyi bacarıram, amma sənətimlə bağlı çətin cədvəl və qrafik üzündən bunu etmirəm. Yemək yeməyi çox sevirəm, çünki Moskvada yetərincə çoxlu Bakı mətbəxi restoranları var. Sizin lüləniz olduqca ləzzətlidir. Sözün düzü, ən dadlı lüləni mən “Jara” Beynəlxalq musiqi festivalı bitdikdən sonra Xalq artisti Emin Ağalarovun evində yemişəm. Sizin pomidorunuz çox dadlıdır. Yeri gəlmişkən, etiraf edim ki, “BuzFood” restoranlarımda sizin yerli pomidorlarınız istifadə edilir”.
Qeyd edək ki, Olqa Buzovanın dünyada milyonlarla izləyicisi və pərəstişkarı var. O, Rusiya şou-biznesinin ən nüfuzlu nümayəndələrindən biri hesab edilir. Olqa oxuyur, kitab yazır, restoran şəbəkəsi sahibidir, öz geyim markasına malikdir və müxtəlif televiziya layihələrinin aparıcısıdır.(oxu.az)
Facebook-da paylaş