İsveçin ən yüksək dağ zirvəsi kiçilib - SƏBƏB
İsveçin son 100 ildə ən yüksək dağ zirvəsi hesab olunan Kebnekayse dağının cənub piki temperaturun onilliklər boyu artaraq buzlağın əriməsinə gətirib çıxarması səbəbindən öz mövqeyini itirib.
Şəffaflıq.az azərtac-a istinadən bildirir ki, ölçmə işlərinin başlandığı 1880-ci ildən başlayaraq məktəblərdə uşaqlara dağın cənub pikinin İsveçin ən uca dağ zirvəsi olduğunu öyrədiblər. Lakin bu il zirvəni örtən buzlağın əriməsi nəticəsində şimal zirvəsi ilk dəfə onu üstələyib.
Qeyd edək ki, son 50 ildə cənub zirvəsi özünün təqribən 60 metrlik buz papağının 24 santimetrini itirib. Hazırda onun hündürlüyü 2095,6 metrdir, şimal pikinin hündürlüyü isə 2096,8 metrə bərabərdir. Son 10 ildə İsveçdə yay fəsli çox isti keçib. 2018-ci il meteomüşahidələrin bütün tarixi ərzində ən isti il olub.
Facebook-da paylaş