Azərbaycanda zəlzələ BAŞ VERDİ

 Lənkəran rayonunda zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Publika.az-a bildirilib ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 16:56:49-da Lənkəran stansiyasından 4 km cənubda Lənkəran ərazisində qeydə alınıb.
Zəlzələ episentrdə və ətraf yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Yeraltı təkanın maqnitudası 3.8, dərinliyi 20 kilometr olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}