Əsas Səhifə > REGİON > Azərbaycanda zəlzələ BAŞ VERDİ
Azərbaycanda zəlzələ BAŞ VERDİ11-09-2019, 17:45 |
Lənkəran rayonunda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Publika.az-a bildirilib ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 16:56:49-da Lənkəran stansiyasından 4 km cənubda Lənkəran ərazisində qeydə alınıb. Zəlzələ episentrdə və ətraf yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Yeraltı təkanın maqnitudası 3.8, dərinliyi 20 kilometr olub. Geri qayıt |