“Muğan Bank”ın sədri dəyişib
“Muğan Bank” ASC-nin İdarə Heyətinin (İH) sədri Elmir Həsənov vəzifəsindən azad edilərək Bankın Müşahidə Şurasının üzvü təyin olunub.
Şəffaflıq.az bu barədə “Muğan Bank”a istinadən xəbər verir.
Məlumata görə, Bankın İH-nə rəhbərlik müvəqqəti olaraq sədr müavini Elnur Abbasova həvalə edilib.
Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 107,5 milyon manatdır. Bankın səhmlərinin 67,74%-i Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), 11,85%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 10,65%-i Vəfa Əhməd qızı Vəliyevaya, 10,03%-isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.
Xəbəri paylaş
Facebook-da paylaş