Azərbaycanda övladlığagötürmə sahəsində ƏƏSMN-in səlahiyyətləri müəyyənləşib
APA-nın məlumatına görə, dəyişikliyə əsasən, övladlığagötürmə sahəsində dövlət siyasətini və dövlət tənzimləməsini həyata keçirmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə daxil edilib.
Nazirliyin bu sahədə vəzifələri də müəyyənləşib. Həmin vəzifələr aşağıdakılardır:
- Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) vahid uçotunu elektron qaydada aparmaq;
- övladlığagötürmənin əsaslandırılmasını və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini təmin etmək;
- Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq verilməsini təmin etmək;
- övladlığagötürmə sahəsində vahid nəzarəti, eləcə də əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürdükləri Azərbaycan Respublikası vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsini təmin etmək;
- övladlığagötürmənin ləğvi ilə bağlı tədbirlər görülməsini təmin etmək.
Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsi ilə bağlı əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanı müəyyənləşdirmək isə nazirliyin hüquqları sırasına daxil edilib.
Facebook-da paylaş