Parlament niyə fövqəladə toplanır?


 Tətildə olan Milli Məclisin sol illər ərzində ilk dəfə olaraq iyun ayında toplantısı çağırılıb. 
Şəffaflıq.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan xəbər artıq Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu tərəfindən təsdiqlənib.
O, modern.az-a açıqlamasında bunun əslində fövqəladə iclas olmadığını deyib: “Heç bir təcili iclasdan söz gedə bilməz. Sadəcə olaraq, Milli Məclisin növbədənkənar sessiyası adi qaydada hələ davam edir və nöbədənkənar sessiyanın daha bir neçə iclası keçiriləcək. Növbəti iclaslar iyulun 9-12-si üçün nəzərdə tutulub. Həmin vaxtda növbəti iclasların keçirilməsi gözlənilir”.
A.Təvəkküloğlu iclasın gündəliyi haqda heç bir informasiya verməyib.
Qeyd edək ki, bu xəbər sosial şəbəkələrdə sensasiya kimi qəbul olunub və bir sıra ciddi məsələlərin müzakirə ediləcəyi haqda artıq proqnozlaar da irəli sürülür.
Bu məsələlərdən biri məmurlar üçün maliyyə amnistiyasının qəbul olunması haqdadır. Yayılan iddialarda bildirilir ki, uzun müddətdir ayrı-ayrı ekspertlər tərəfindən irəli sürülən təklif parlamentin iclasına çıxarılacaq. Burada isə məqsəd korrupsiya yolu ilə əldə olunan və xaricə daşınan pulların ölkəyə qayıdışını təmin etməkdir.
İkinci irəli sürülən iddia isə parlamentin özü ilə bağlıdır. Qeyd edilir ki, iclasda Azərbaycan parlamentinin özünü buraxacağı və bundan sonra yeni seçkilərin keçiriləcəyi ehtimal edilir. Bəzi hüquqşünaslar isə məsələyə şərh verərək bildiriblər ki, qanunvericilikdə parlamentin özünü buraxmaq səlahiyyəti nəzərdə tutulmayıb. Amma bununla bərabər, parlamentin özünü buraxmaq hüququ da qadağan edilməyib.
Hər halda, bu kimi proqnozların nə qədər həqiqətə uyğun olub-olmadığını bilmək üçün Milli Məclisin gündəliyinin bu günlərdə açıqlanmasına ehtiyac var. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}