Dəhşətli zəlzələ - Sunami xəbərdarlığı edildi..
İndonezyada şiddətli yeraltı təkanlar qeydə alınıb.
Şəffaflıq.az xəbər verir ki, Sulavesi adasının cənubunda meydana gələn zəlzələ 7 bal gücündə olub.
ABŞ Geoloji Araşdırmalar Qurumunun verdiyi informasiyaya görə, zəlzələ yerli vaxtla 19:40-da qeydə alınıb. Yeraltı təkanların episentri 43 km dərinlikdə olub.
İndoneziya Meteorologiya, Hava və Geofizika Agentliyi zəlzələdən sonra sunami təhlükəsinin olması barədə xəbərdarlıq edib.
Xəbəri paylaş
Facebook-da paylaş