Bakıda bağçada bədbəxt hadisə: Uşağın üstünə şkaf aşdı –
Şəffaflıq.az xəbər verir ki, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində baş verdiyi deyilir.
“Gənclər evi”ndə fəaliyyət göstərən uşaq bağçasında azyaşlı uşağın üstünə şkaf aşıb. Nəticədə qolundan sınıq xəsarəti alıb və başı zədələnib.
Bu barədə məlumat verən və hadisənin görüntülərini paylaşan Bakı sakini Elyar İslamoğlu sözügedən olaydan sonra uşağın görmə qabiliyyətində problemin yarandığını bildirib:
“Uşağı baxçaya qoymaq istədiyim bir zamanda belə bir video ilə qarşılaşdım. Videonu uşağın valideyni göndərib. Hadisə 3 gün əvvəl baş verib. Zərbədən uşağın qolu sınıb, görməsində problem yaranıb. Baxça müdiriyyəti isə uşağn vəziyyətilə maraqlanmayıb”.
Sosial şəbəkə istifadəçiləri bağçada təhlükəsizlik tədbirlərinə ciddi riayət edilmədiyini vurğulayıblar. Eyni zamanda uşağın xəsarət alması olayını sadəcə, bədbəxt hadisə kimi qiymətləndirənlər də olub.
Facebook-da paylaş