Bakıda FACİƏ - 23 yaşlı oğlan öldü
Ötən gecə Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Şəffaflıq.az Publika.aza istinadən xəbər verir ki, Kürdəmir rayon sakini, 1996-cı il təvəllüdlü Alim Mahmudov Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən mənzildə dəm qazından boğulub. O, hamam otağında olarkən qazdan zəhərlənib və hadisə yerindəcə keçinib. 23 yaşlı oğlanı yaxınları huşsuz vəziyyətdə tapıb və onun artıq vəfat etdiyi məlum olub.
Alim Mahmudov bu gün doğulduğu Kürdəmir şəhərində dəfn edilib.
Muxtar
Xəbəri paylaş
Facebook-da paylaş