Mixael Şumaxerin oğlu “Formula 2” yarış seriyasının qalibi oldu

 

“Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxer də çempion olmağı bacarıb. Belə ki, o, “Formula 2” yarış seriyasının qalibi olub.

Bəhreyndə keçirilən final mərhələsinin ikinci yarışında “Prema” komandasında çıxış edən Mik Şumaxer 18-ci olub. Onun əsas rəqibi “UNI-Virtuosi” komandasının təmsilçisi Britaniyalı Kallum Aylott 10-cu yeri tutsa da, ümumi hesabda Şumaxerə çata bilməyib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}