Azərbaycan Böyük Qələbəni təmin edəcək - humanitar atəşkəs düşmən üçün son şansdır!

 

Ermənistan bundan sonra qoşunların Qarabağdan çıxarılması istiqamətində addımlar atmayacaqsa, hərbi əməliyyatlar həmən bərpa oluna bilər
 
Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində xeyli ərazimiz azad edildi. Cəbrayıl şəhəri və rayonun bir sıra kəndləri, Talış kəndi, Hadrut qəsəbəsi, Suqovuşan qəsəbəsi, Füzuli rayonunun bir sıra kəndləri, Murov yüksəkliyi artıq Azərbaycan ordusunun əlindədir. İndi həmin ərazilərdə Azərbaycan Bayrağı dalğalanır!

Şanlı Azərbaycanın Ordusunun işğalçı Ermənistan ordusunu darmadağın etməsi və aparılan sürətli əməliyyatlar düşmənin ağ bayraq qaldırması ilə nəticələndi. Ermənistan danışıqlar üçün aman dilədi, Paşinyanın bunun üçün zəng etmədiyi, yalvarmadığı dünya lideri qalmadı. 


Bu günlər ərzində isə Azərbaycan uğurlu əməliyyatlarla yanaşı, danışıqlar və sülh üçün şərtlərini artıq qəbul etdirmək imkanlarını da qazandı. Faktiki olaraq indi diktə edən, şərt qoyan tərəf Azərbaycandır. Faktiki olaraq ordumuzun cəbhədəki qələbəsi diplomatik müstəvidə də davam edir!


Moskva görüşü də məhz bu kontekstdən qiymətləndirilməlidir. 


Moskva görüşündə razılaşdırılan humanitar atəşkəs hər iki tərəfə döyüş meydanında qalan meyitləri çıxarmaq imkanı yaratmaqla bərabər, həm də o deməkdir ki, Azərbaycan Ermənistana işğal etdiyi torpaqlardan çıxmaq üçün son şans verir! Bunu Prezident, Ali Baş Komandan İlham Əliyev oktyabrın 9-da xalqa müraciətində bunu bıyan etmişdi. Sitat: “Dünyada heç bir ölkə bizi iradəmizdən döndərə bilməz! “Kimə yalvarırsan, yalvar, kimin dabanlarını yalayırsan yala! Biz torpaqlarımız geri alacağıq!”.


Prezident həmçinin, bir xarizmatik lider kimi, əlini yerə vurub aman diləyən düşmənə sonuncu şans verildiyini də diqqətə çatdırdı: “Sonuncu dəfə şans veririk, çıxın torpaqlardan!”


Prezident xüsusi vurğu ilə qeyd etdi: “Onlar tarixi şansı qaçırmamalıdırlar!”.


Moskva görüşündəki razılaşdırılan humanitar atəşkəs ermənilərin son şansıdır!


Bu məsələni ona görə xüsusi vurğulayırıq ki, Moskva görüşü ilə bağlı sosial şəbəkələrdə müxtəlif qeyri-peşəkar rəylər yayılır. Bunlar yolverilməzdir. 


Məsələnin mahiyyəti isə belədir: 


Əvvəla, 11 saat ərzində davamlı olaraq danışıqların aparılması prosesin mürəkkəb olduğunu və gərgin bir şəraitdə aparıldığını göstərir.


Humanitar atəşkəs diplomatik müstəvidə birinci mərhələdir. Məsələnin mahiyyəti və bizim üçün üstünlük yaradan məğzi ondan ibarətdir ki, hərbi əməliyyatların gedişində - Azərbaycan ordusunun əzici üstünlüyü və Ali Baş Komandanın qətiyyəti sayəsində dəyişilmiş status-kvo siyasi və diplomatik müstəviyə daşınmalıdır. Bu proseslər – yəni döyüş və diplomatik proses paralel şəkildə aparılmalıdır ki, əldə edilmiş nailiyyətlər daha da gücləndirilsin.

Əsas məqam isə odur ki, artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir! Diqtə edən tərəf Azərbaycandır. Ötən günlər ərzində müşahidə olunan proseslərdə Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı izlədi.

Diqqətlər həm də ona yönəlməlidir ki, bütün bu uğurlu əməliyyatlar Azərbaycana qarşı son günlərdə artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir. Görünən isə budur ki, Prezident İlham Əliyev bu siyasi təzyiqlərə sinə gəlir, məharətli və vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır. Prezident yalnız milli maraqlardan çıxış edir! Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alınır.

Bəziləri diplomatik danışıqların Azərbaycanın xeyrinə olmadığına dair əsassız iddialarla çıxış edirlər. Ancaq bu, tamamilə yanlışdır və birmənalı olaraq diplomatik müstəvi də də gərəkən addımlar döyüşlərlə paralal həyata keçirilməlidir. Diplomatiyada səhvə yol verilməsi hərbi üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilər. Xüsusi ilə indiki həssas və bütün cəbhələrdə, müstəvilərlə üstünlük əldə etdiyimiz bir vaxtda humanitar atəşkəsə Azərbaycan birtərəfli qaydada “yox” deyərsə, bu, Ermənistanın mövqeyini gücləndirmiş olardı.

Əslində, vətənpərvər yanaşmaların fonunda hər kəs də bilir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Fakt bundan ibarətdir ki, Ermənistana işğal edilmiş ərazilərimizdən çıxmaq üçün son şans verilib. Əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər an baş verə bilər. Bizim yeganə şərtimiz torpaqlarımızın işğaldan azad edilməsidir. Əgər ermənilər işğala danışıqlar yolu ilə son qoymaq bəyanatlarında səmimidirlərsə, təbii ki, mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan, qrafik hazırlanmalı və Azərbaycana təqdim edilməli, dərhal da bunun icrasına başlanılmalıdır. 


Bu olmayacaqsa, Azərbaycan ordusu öz sözünü deməkdə davam edəcək, daha güclü əməliyyatlar dərhal başlayacaq! Artıq Prezident təmas xətti deyilən anlayışın olmadığını bəyan edib! Və 13 günlük müharibə də sübut edib ki, “münaqişənin hərbi həlli yoxdur” tezisi də əsassızdır, bu fikirlər darmadağın olunub. 


Hazırkı situasiya tamamilə yenidir: Uzun illərdir münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilirdi və danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı. Məqsəd tədricən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən ilhaqına nail olmaq idi. Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirərək 30 il ərzində qurulmuş və daim möhkəmləndirilən bu sistemi darmadağın etdi, Azərbaycanın işğalla heç zaman barışmayacağını sübuta yetirdi. Beləliklə, artıq status-kvo da yoxdur, bunu Azərbaycan müəyyən edir!


Hərbi və siyasi şərtləri indi Azərbaycan diktə edir. Prezident İlham Əliyev qəti və məntiqli hərbi, eyni zamanda diplomatik gedişlərlə regionun geo-siyasi mənzərəsini faktiki olaraq dəyişib. 


Buna görə Azərbaycana kimsə irad tuta bilməz, çünki Azərbaycan haqq işi aparır, hırbi güc yolu ilə ərazi bütövlüyünü təmin edir. Çünki beynəlxalq qurumlar, 0ATƏT-in Minsk Qrupunun həmsədrləri bu 27 ildə qəbulolunmaz status-kvonu dəyişmək üçün heç nə etmədilər. Mövcud diplomatik və hərbi ətalət isə həmsədrləri və Ermənistanı qane edirdi. Nəhayət, Azərbaycan bu vəziyyətlə barışmadı və özü status-kvonu dəyişdi. Güc yolu ilə etdi bunu!


Əbəttə, bu, anidən verilən emosional addım deyildi, tam ölçü-biçili prosesdir. Bir məqama diqqət edək: Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 15 iyul 2020-ci il tarixli iclası zamanı bildirmişdi: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”.


Bu günədək aparılan siyasət, atılan adımlar, o cümlədən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçısının bu fikirlərinin tam əsaslı olduğunu təsdiq edir. İstər danışıqlar masasında, istərsə də hərb meydanında atılan hər bir düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da yaxınlaşdırır.


Beləliklə, bütün dünya Azərbaycan xalqının, Ali Baş Komandanın əzmini gördü. Ərazilərin işğaldan azad edilməsi üçün bütün xalq Ali Baş Komandanın ətrafında səfərbərdir. 


Əks-hücum əməliyyatlarında düşmənə sarsıdıcı zərbələr endirməklə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi.

Bu mərhələdə paralel olaraq, bir daha Ermənistanın hərbi-siyasi rəhbərliyinin anti-insani, faşist siması ifşa edildi və bütün dünyaya göstərildi. Yenidən sübut olundu ki, Ermənistanın əsas hədəfi yaşayış məntəqələri və dinc əhalidir. Bunu Tərtər, Goranboy, Ağcabədi, Bərdə, Mingəçevir və Gəncəyə mərmilər atıb, 30-dan çox mülki Azərbaycan vətəndaşını öldürməklə, 200-ə yaxın vətəndaşımızı yaralamaqla, yüzlərlə evi, obyekti dağıtmaqla isbat etdilər.

Bu dövr ərzində Ermənistan bir dövlət kimi də tam çökdürülüb:


Erməni diasporunun işğal olunmuş ərazilərə qoyduğu investisiylar havaya sovrulub və bundan sonra heç bir iş adamı bu ərazilərdə biznes qurmaq haqda düşünməyəcək.


Uzun illərdir ki, Ermənistan danışıqlar prosesində özünü üstün tərəf kimi aparmğa çalışır, şərtlər irəli sürür, beynəlxalq təşkilatların qərar və qətnamələrini, beynəlxalq ictimaiyyətin çağırışlarını qulaq ardına vurur, öz iradəsini diqtə etməyə çalışrdı. Bu müharibə Ermənistanın hərbi-siyasi müstəvidə mövqeyini alt-üst etdi, onun iradəsini sarsıtdı, iqtisadiyyatını tam çökdürdü.


Paralel olaraq, Azərbaycanın öz torpaqlarını azad etmək üçün başladığı əks-hücum Dağlıq Qarabağ probleminin həlli məsələsini dünya birliyi üçün prioritetlər sırasına gətirdi. Artıq beynəlxalq vasitəçilər münaqişənin donmuş vəziyyətdə qalmasının yolverilməzliyini anlayır. Bu isə Ermənistana diplomatik təzyiqlərin armasını qaçılmaz edir.


Beləliklə, bütün bu sadalanan faktlar bir daha təsdiqləyir və mövcud mənzərə də onu göstərir ki, oktyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə elan olunmuş iki günlük atəşkəs humanitar xarakter daşıyır, hər iki tərəfə vəfat etmiş hərbçilərin cəsədlərini təhvil vermək imkanı yaradır. Bir daha vurğulayaq ki, bu birinci mərhələdir. Hərbi müstəvidə əldə edilmiş nailiyyətlərin diplomatiya və siyasi müstəviyə daşınmasıdır. Əgər Ermənistan bundan sonra yenə qoşunların çıxarılması istiqamətində addımlar atmayacaqsa, hərbi əməliyyatlar həmən bərpa oluna bilər!


Ali Baş Komandanın elan etdiyi şərtlər qəbul olunmayacaqsa, təbii ki, hərbi güc tətbiqi davam edəcək.


Əgər düşmən işğal altındakı ərazilərimizi tərk etməyə qrafik üzrə başlasa, bunu əməldə sübut etsələr, bu zaman olası danışıqlar baza prinsiplərinə əsaslanmalı, BMT TŞ-nin qətnamələri və Helsinki yekun aktının tələbləri əsas götürülməli, Ermənistan irəli sürülmüş tələbləri icra etməli, qoşunların işğal olunmuş ərazilərdən çıxarılması qrafikini təqdim etməlidir. Həmsədrlər də fəaliyyətini bu istiqamətdə qurmalıdırlar. Həmçinin, Türkiyə də region dövləti olaraq danışıqlar prosesində və münaqişənin hərtərəfli həlli prosesində öz rolunu oynamalıdır.


Bütün bunların fonunda humanitar atəşkəs Ermənistana mövcud reallığa adekvat addımlar atmaq, iddialarından geri çəkilmək, işğal siyasətinə son qoymaq, münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində real addımlar atmaq üçün son şansdır!


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}