İtaliyada 77-ci Venesiya kino festivalına yekun vurulub

 

ABŞ-da işləyən çinli Xloi Çjaonun "Köçərilərin torpağı" filmi 77-ci Venesiya kino festivalının "Müqəddəs Markın Qızıl şiri" mükafatını alıb. 


Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bunu aktrisa Keyt Blanşettin başçılığı ilə beynəlxalq münsiflər heyəti elan edib. Qaliblərin elan edilməsinin təntənəli mərasimi festivalın saytında yayımlanıb.

"Köçərilərin torpağı" - ABŞ-da "yeni köçərilər" - yollarda yaşayan insanlar haqqında sənədli filmdir. Film əvvəldən müsabiqənin favoriti hesab edilirdi. Nə rejissor, nə də baş rolun ifa çısı Frensis Makdormand Venesiyaya gəliblər. Onlar videokörpü ilə mətbuat konfransı keçiriblər.

Qeyd edək ki, müsabiqədə 18 film iştirak edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}