Azərbaycanda dəhşətli hadisə - 3 yaşlı oğlan öldü

 Beyləqanda ağır qəza baş verib. Hadisə dünən gecə saatlarında baş verib.
Bakı-Horadiz magistralının Beyləqanın Aşıqalılar kəndindən keçən sahəsində Ford Tranzit markalı maşın yol kənarənda dayanmış KAMAZ markalı yük avtomobilini vurub.
Nəticədə "Ford"da olan 3 yaşlı oğlan hadisə yerində dünyasını dəyişib. Onun cəsədi tibbi ekspertiza üçün Beyləqan Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.
Həmçinin məlum olub ki, "Ford"da Elbrus adlı şəxs ailəsi ilə N saylı hərbi hissəyə qardaşı oğlunun andiçməsi mərasiminə gedirmiş.(Sputnik)

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}