AMEA əməkdaşlarının sayı açıqlandı

 


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əməkdaşlarının sayı açıqlanıb.

Şəffaflıq.az report-a istinadən bildirir ki, bu barədə akademiyanın onlayn ümumi yığıncağında AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov məlumat verib.

O bildirib ki, AMEA-nın elmi müəssisə, idarə və təşkilatlarında çalışan əməkdaşların ümumi sayı 10 036 nəfərdir.

Elmi işçilərin ümumi sayı 4 700, o cümlədən 581 nəfəri elmlər doktoru, 1 925 nəfəri fəlsəfə doktorudur.

Bildirilib ki, AMEA-nın tərkibi 168 üzvdən (67 həqiqi üzv, 101 müxbir üzv) ibarətdir. Akademiyanın doktoranturasına fəlsəfə doktoru hazırlığı proqramı üzrə 100 nəfər, elmlər doktoru hazırlığı üzrə 31 nəfər (12 əyani, 19 qiyabi), AMEA-nın dissertanturasına fəlsəfə doktoru hazırlığı üzrə 68, elmlər doktoru hazırlığı üzrə 107 nəfər qəbul olub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}