Britaniyada koronavirusa yoluxanların sayı 230 000-ə çatır

 

Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 484 nəfər artıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da krallıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 33 186 nəfərə çatıb.

Məlumata görə, son sutkada ölkədə virusa yoluxanların sayı 3 242 nəfər artaraq 229 705 nəfərə yüksəlib

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,3 milyonu ötüb. Bunların 1,6 milyon nəfərdən çoxu sağalıb, 294 mindən çoxu isə ölüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}