Belçikada koronavirusdan ölənlərin sayı 9 minə yaxınlaşır

 
 

Belçikada son sutkada 330 nəfər koronavirusa yoluxub.

Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, son sutkada 65 nəfər pandemiyanın qurbanı olub.

Bildirilib ki, pandemiya başlayandan ölkə üzrə 53 779 nəfər koronavirusa yoluxub, 8 761 nəfər isə ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,2 milyonu ötüb. Bunların 1,5 milyon nəfərdən çoxu sağalıb, 287 mindən çoxu isə ölüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}