Bakı polisindən əməliyyat: 4 həbs

   Şəffaflıq.az xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olan Y.Rzayev saxlanılıb.

Bundan başqa, Nərimanov rayon Polis İdarəsi və Ağdam rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan M.Mehtizadə tutulub.

O, Cinayət Məcəlləsinin 194-cü (Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə) maddəsi ilə axtarışda olub.

Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 306-cı maddəsi (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) ilə axtarışda olan Ə.Qocayev saxlanılıb.

0pppö0ıı Axtarışda olan şəxsin tutulması üçün daha bir əməliyyatı Yasamal polisi keçirib. 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olan X.Nəbiyeva saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}