Aprelin 20-dən sonra komendant saatının tətbiqi gözlənilir? - Operativ Qərargah cavabladı

Bugünkü vəziyyət göstərir ki, aprelin 20-dən sonra komendant saatının tətbiq edilməsi müzakirə edilmir.
Şəffaflıq.az xeber verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi vətəndaşlarla gecələr küçəyə çıxmamağı tövsiyə edib:
"Bəziləri işə getmək icazəsi olduğu halda, işdən sonra gecələr küçələrə çıxır. Bu icazədən sui-istifadə edən şəxslərə, gecələr küçələrdə lazım olmadan gəzənlərə tövsiyə olunub ki, axşam saatlarında ehtiyac olmadığı üçün evdən çıxmasınlar. Daxili İşlər Nazirliyinin bu tövsiyəsini komendant saatı kimi təqdim etmək düzgün deyil. Elə adamlar var ki, icazədən istifadə edib gecə saatlarında küçələrə çıxırlar. Həmin şəxslərə biz də tövsiyə edirik ki, gecələr küçələrə çıxmasınlar".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}