Azərbaycan süni intellektin idarə olunması üzrə ilk Qlobal Dialoqa qoşulub


Azərbaycan BMT-nin İsveçrənin Cenevrə şəhərində keçirilən süni intellektin idarə olunması üzrə ilk Qlobal Dialoqunda ("Global Dialogue on AI Governance") iştirak edib.

Şəffaflıq.az AZƏRTAC-a istinadən xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş çıxışında süni intellekt texnologiyalarının inkişaf sürətinin mövcud idarəetmə mexanizmlərini üstələdiyini bildirərək, AI sistemlərinin insan hüquqlarına, təhlükəsizliyə və cəmiyyətə təsirlərinin idarə olunması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Forum çərçivəsində keçirilən sessiyalarda AI sistemlərinin təhlükəsizliyi, kibertəhlükəsizlik, dezinformasiyaya qarşı mübarizə, dövlət idarəçiliyində süni intellektdən istifadənin prinsipləri və etibarlı AI ekosisteminin formalaşdırılması məsələləri müzakirə olunub.

Xüsusilə "Artificial Insecurity: AI and Cybersecurity" sessiyasında böyük dil modelləri (LLM), agent əsaslı süni intellekt sistemləri və generativ AI texnologiyalarının yaratdığı yeni kibertəhlükəsizlik riskləri diqqət mərkəzində olub. Ekspertlər AI həllərinin hazırlanmasının ilk mərhələsindən etibarən "security-by-design" və "trustworthy AI" prinsiplərinin tətbiqinin vacibliyini qeyd ediblər.

"Information Integrity in the Age of AI" sessiyasında isə "deepfake" texnologiyalarının, generativ AI vasitəsilə yayılan dezinformasiyanın və informasiya manipulyasiyasının yaratdığı risklər müzakirə edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}