Lionel Messi və Kilian Mbappe 2026-cı ilin futbol üzrə dünya çempionatının qeyri-adi antireytinqində birinci yerdədirlər.
Argentina və Fransa yığmalarının hücumçuları - Lionel Messi və Kilian Mbappe 2026-cı ilin futbol üzrə dünya çempionatının qeyri-adi antireytinqində birinci yerdədirlər. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə "OptaJoe" xəbər verib. Statistik resursun məlumatına görə, iki oyunçu turnir ərzində piyada qət edilən məsafənin nisbətinə görə meydanda lider olublar. Messi ümumi məsafənin 47 %-ni, Mbappe isə 45 %-ni piyada keçib. Statistikaya azı 150 dəqiqə oynayan oyunçular daxildir. Bununla yanaşı, hücumçuların hər ikisi builki dünya çempionatının ən yaxşı bombardirləridir. Onların hesabında 7 qol var.
Xəbəri paylaş
Facebook-da paylaş








