Türkiyə Avstraliya vətəndaşları üçün viza rejimini sadələşdirib


Türkiyə Avstraliya vətəndaşları üçün viza rejimini sadələşdirib.

Şəffaflıq.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu barədə qərarı "Remi Gazete"də yayımlanıb.

Belə ki, Avstraliyanın ümumvətəndaş pasportuna malik vətəndaşları bundan sonra Türkiyəyə turistik məqsədlə və ya tranzit keçid üçün səyahət etdikdə viza almaq məcburiyyətində olmayacaqlar.

Qərara görə, onlara hər 180 gün ərzində maksimum 90 gün Türkiyədə qalmaq imkanı verilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}