Ermənistan ŞƏT-ə qoşulmaq üçün təşkilata müraciət edib
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulmaq üçün sorğu göndərib. Şəffaflıq.az-ın məlumatına görə, bunu bu gün mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. "Bəli, Ermənistan ŞƏT-ə üzvlük üçün müraciət edib. Bu, bizim balanslaşdırılmış xarici siyasət aparmaq ilə bağlı gündəliyimizə uyğundur. Biz işləməyə davam edəcəyik", - Baş nazir bildirib. O qeyd edib ki, Ermənistan ŞƏT-in tərəfdaşıdır.
Xəbəri paylaş
Facebook-da paylaş
