Şəhriyar Məmmədyarov turniri yarımçıq tərk etməsinin səbəbini açıqladı

 

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Cəbəllütariqdə keçirilmiş “Gibraltar Masters” turnirini yarımçıq dayandırmasının səbəbini açıqlayıb.

Şəffaflıq.az baku.ws-ə istinadən xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb:

“Təəssüflər olsun ki, Cəbəllütariqdə turnir zamanı allergik xəstəlik keçirdim və bu səbəbdən yarışı yarımçıq buraxmaq məcburiyyətində qaldım.

Turnirin təşkilatçılarına minnətdaram ki, bu günə qədər mənim yanımda oldular. Əsasən də baş təşkilatçı Stuart Conquest təşəkkürümü bildirirəm.

 Artıq Cəbəllütariqi tərk etmək vaxtıdır. Yenidən geri qayıtmaq ümidi ilə”.

Qeyd edək ki, sona 2 tur qalmış mübarizəni dayandıran Məmmədyarov yarışda 8 matçda 5 xal toplayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}