Bakı-Moskva təyyarəsi quş sürüsü ilə TOQQUŞUB

 

Bakıdan Moskvaya uçan təyyarə məcburi eniş edib.

Yerli vaxtla saat 20:31-də yola düşən “Azərbaycan Hava Yolları”nın J2-854 nömrəli reysinin kapitanı təyyarənin quş sürüsü ilə toqquşmasından sonra Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək barədə qərar verib.

Bakı vaxtı ilə 20:56-da təyyarə Bakının hava limanına uğurlu eniş edib.

AZAL-dan bildirilib ki, sərnişinlər Moskvaya başqa bir təyyarə ilə uçacaq.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}