Nyu-York-Bakı təyyarəsi Gəncədə eniş etdi

Nyu-York-Bakı təyyarəsi Gəncədə eniş etdi.
Bakının hava limanında əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən AZAL-ın Nyu-York-Bakı reysini yerinə yetirən təyyarəsinin kapitanı Gəncənin hava limanına eniş etmək qərarına gəlib.
AZAL-dan Metbuat.az-a verilən məlumata görə, "Boeing 787 Dreamliner” təyyarəsi yerli vaxtla saat 07:33-də Gəncənin hava limanına uğurlu eniş edib.

Reysin sərnişinləri hava limanının terminalında yerləşdirilib, yemək və içkilərlə təmin olunublar. Hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə Gəncədən Bakıya Bakı vaxtı ilə 10:01-də uçub.

Qeyd edək ki, güclü duman həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda bəzi reyslərin gecikməsinə səbəb olub. Lakin hal-hazırda Bakının hava limanı normal qrafik əsasında işləyir. AZAL-ın Nyu-York-Bakı reysini yerinə yetirən təyyarə yerli vaxtla saat 10:37-də Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}