Paşinyan İstintaq Komitəsində ifadə verdi

 

Ermənistan İstintaq Komitəsi baş nazir Nikol Paşinyanın ifadə verməsi üçün çağırılmasına aydınlıq gətirib.

Şəffaflıq.az report-a istinadən xəbər verir ki, N.Paşinyanın İstintaq Komitəsinə çağırıldığı cinayət işi Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan ilə Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan arasındakı telefon danışığının dinlənilməsi ilə əlaqədardır.

Bundan əlavə, məlumatda deyilir ki, söhbət Robert Koçaryan və Yuri Xaçaturovun həbsi ilə bağlı vəsatətlərə baxan hakimlərin işinə müdaxilədən, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının aşkar əlamətlərindən gedir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}