Sahil Babayevin fərqli idarəetmə metodu: Məmurun deyil, vətəndaşın qapısı döyülür...


 


Moderator.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı növbəti müraciəti təqdim edir:

Hörmətli KİV nümayəndələri və facebook istifadəçiləri,

Bir neçə saytda (https://www.youtube.com/watch?time_continue=3&v=t-0JMv1lD6Y) Xəzər rayonu, Qala qəsəbəsində yaşayan Əliyeva Nəcibə Qurban qızının ailə vəziyyətinin çətin olmasını və sosial yardımla bağlı müaciətinə imtina verilməsi səbəbindən narazılığını əks etdirən video yayılıb. Elə bu gün nazirliyin aidiyyəti qurumunun əməkdaşları ilə birgə məsələni araşdırmaq üçün Nəcibə Əliyevanın yaşadığı ünvana getdik. Həqiqətən də mənzil-məişət şəraitinin çətin olduğunu gördük.

 

Nəcibə Əliyeva özü l qrup əlilliyi olan şəxs kimi, övladı isə sağlamlıq imkanları məhdud uşaq kimi aylıq sosial müavinətlə təmin olunurlar. Həmçinin bu il onlara nazirlik tərəfindən birdəfəlik maddi yardım da verilib.

 

N.Əliyevanın sosial yardım üçün müraciətinə imtina cavabı verilməsinin səbəbi isə elektron qaydada müraciəti zamanı özü də bilmədən sistemə yalnış məlumatlar daxil etməsi olub. Bunu biz ona izah etdik. Artıq N.Əliyevanın sosial yardım üçün elektron qaydada düzgün prosedurlarla müraciət etməsinə texniki köməklik göstərildi. Müraciətinə yaxın günlərdə qanunvericiliyə uyğun şəkildə baxılaraq obyektiv qərar veriləcək.

Eyni zamanda ailənin maddi durumu nəzərə alınaraq onlara növbəti dəfə maddi yardım verilməsi qərara alınıb.

N.Əliyevanın ailəsinin yaşayışı nazirlik tərəfindən diqqətdə saxlanacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}