Nazirlik hökumət portallarının işləməməsinə münasibət bildirdi - YENİLƏNİB


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Azərbaycanda fəaliyyət göstərən bir sıra hökumət portallarının işləməməsinə münasibət bildirib.

“AzInTelecom” MMC-nin Korporativ kommunikasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Murad Əhmədov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, “AzInTelecom” MMC-yə məxsus bəzi avadanlıqlarda müəyyən texniki çətinliklər yaşanır:

“Yaranan çətinlik qurumlara və vətəndaşlara təqdim edilən xidmət və məhsulların əlçatanlığına müəyyən təsir edə bilər. Hazırda mütəxəssislərimiz tərəfindən çətinliyin aradan qaldırılması istiqamətində müvafiq addımlar atılır. Araşdırmaların nəticəsi barədə məlumat veriləcək. “AzInTelecom” MMC olaraq müvəqqəti çətinliyə görə üzr istəyirik”.

13:50

Azərbaycanda fəaliyyət göstərən bir sıra hökumət portalları işləmir. 

Oxu.Az-ın məlumatına görə, artıq bir saatdır ki, portallara daxil olmaq mümkün deyil. 

Belə ki, “My.Gov.Az” və “ASAN Login”ə daxil olmaq alınmır. 

Qeyd edək ki, bu portallar Elektron Hökumət Portalının daxilindədir.

İlhamə Əbülfət

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}