Şamaxıda bədbəxt hadisə baş verib. Kombayn sürücünün üstünə aşıb.

 

Şamaxıda bədbəxt hadisə baş verib kombayn sürücünün üstünə aşıb.

Taxıl biçini zamanı kombayn sürücünün üzərinə aşıb.
Şəffaflıq.az xəbər verir ki, hadisə Şamaxıda baş verib.
Şamaxı rayon Dəmirçi kənd sakini 1976-cı il təvəllüdlü Ağayev Niyaməddin Ağaəli oğlu taxıl biçərkən texniki problem yaranıb.
Kombayndan yerə enən sürücü texnikanı təmir etmək istəyib. Anidən kombayn onun üzərinə aşıb.
Xoşbəxtlikdən yaxınlıqdakı insanlar onun köməyinə gəlib.
N.Ağayev ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Cərrahiyə şöbəsində müalicəsi davam edən xəstənin vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}