Kürdəmirdə kombayn taxıl zəmisini yandırdı - FOTO

 Kürdəmir rayonunda biçilməmiş taxıl zəmisində yanğın baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Yenikənd kəndi ərazisində Fikrət Məcid oğlu Abdullayevə məxsus taxıl sahəsində baş verib. Yanğın 44 hektar taxıl sahəsinin 2 hektarını əhatə edib.
Hadisə şahidlərinin bildirdiyinə görə, taxıl biçini aparılarkən kombaynın səsboğucu borusundan od püskürüb və 2 hektar sahə tamamilə yanıb. Yanğının artıq söndürüldüyü bildirilir.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}