8 Noyabr – Zəfər Günü respublikanın hər yerində olduğu kimi, Şamaxı rayonunda da yüksək bayram əhval-ruhiyyəsi ilə qeyd edilib.

8 Noyabr–Zəfər Günü respublikanın hər yerində olduğu kimi, Şamaxı rayonunda da yüksək bayram əhval-ruhiyyəsi ilə qeyd edilib.
08.11.2021-сi il tarixdə şəhidlər xiyabanının ziyarət olunması ilə başlanan tədbir, Şəhidlər xiyabanının ətrafında ağacəkmə aksiyası ilə davam etmişdir. Daha sonra tədbirin rəsmi hissəsi Şamaxı rayon Heydər Əliyev parkında təşkil olunmuşdur. 
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. 
Şəffaflıq.az xəbər verir ki,təbdirdə Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, 44 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı şanlı zəfərdən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən danışıb. Daha sonra çıxış edən natiqlər, Vətən müharibəsindəki tarixi Qələbəmiz xalqımızın həmrəyliyi, Ali Baş Komandanın “Dəmir yumruğu” ətrafında birləşməsi, Azərbaycan oğullarının vətənpərvərliyi, Ordumuzun gücü sayəsində qazanıldığını bildirmişlər.
Tədbirdə şəhid valideynləri, çıxış edərək övladlarının şərəfli döyüş yolundan danışıb, şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə təşəkkürlərini bildiriblər. 

Tədbir çərçivəsində, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən medallar və ordenlərlə təltif olunan Vətən müharibəsi iştirakçılarına və şəhidlərin ailə üzvlərinə orden və medalların təqdim olunma mərasimi keçirilmişdir. 




Tədbir rayon Mədəniyyət Mərkəzinin hazırladığı bədii hissə ilə davam etmişdir. 


Vahid İsmayılov.
Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}