Usmanov yenidən FIE prezidenti postuna namizəd olub

 Rusiyalı biznesmen Alişer Usmanov Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) prezidenti seçkisində yeganə namizəd olub.
Şəffaflıq.az-ın FIE-nin rəsmi saytına istinadən məlumatına görə, seçki konqresi noyabrın 27-də İsveçrənin Lozanna şəhərində olacaq. Milli federasiyaların ali qurumda rəhbər postlara namizədlərini irəli sürməsi üçün müddət oktyabrın 18-də başa çatıb.
Usmanov FIE-yə 2008-ci ildən rəhbərlik edir. O, 2012 və 2016-cı illərdə yenidən quruma prezident seçilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}