Ağsuda cari ilin doqquz ayında 427 yeni iş yeri açılıb.

Ağsuda cari ilin doqquz ayında 427 yeni iş yeri açılıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, yeni açılan iş yerlərinin hamısı daimidir. Həmin iş yerlərindən 4-ü mövcud idarə və müəssisələrdə, 35-i yeni yaradılan müəssisələrdə, 388-i isə fərdi sahibkarlıq subyektlərindədir.
Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafına göstərilən dövlət dəstəyi, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlar üçün yaradılan əlverişli şərait respublikamızın hər yerində olduğu kimi, Ağsu rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına şərait yaradır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}