İlham Əliyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti qızıl medallar qazanan idmançılarımızı təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalları qazandıran idmançılarımızı təbrik edib.
Şəffaflıq.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Paralimpiyaçılarımız bizi sevindirməkdə davam edir. Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medallarımızın sayı 14-ə çatdı. Qızıl medalçılarımız Lamiyə Vəliyeva və Orxan Aslanovu inamlı qələbələri münasibətilə ürəkdən təbrik edirəm!”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}