Şamaxıda "Şəhidlik Zirvəsi" kitabının təqdimatı keçirilmişdir.-FOTO

 Bu gün 44 günlük Vətən müharibəsində şanlı qələbənin qazanılmasında igidlik göstərərək şəhid olmuş oğullarımızın döyüş yolundan bəhs edən, şəhidlik zirvəsinə ucalmış Şamaxının qəhrəman oğullarına həsr edilmiş
"Şəhidlik Zirvəsi" kitabının təqdimatı keçirilmişdir.
 Şəffaflıq.az xəbər  verir ki, tədbirdə kitabın müəllifi Mətanət Ulu Şirvanlı, Şamaxı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkil şöbəsinin müdiri Cəlal Bayramov, Azərbaycanın Xalq Artisti Professor İlham Namiq Kamal, Şamaxı Mədəniyyət mərkəzinin əməkdaşları, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Şamaxı şöbəsinin əməkdaşları, şəhid ailələri və s. iştirak edərək öz təəssüratlarını bölüşmüşlər.

Tədbirdə çıxış edənlər Vətən şəhidlərinin adının belə bir kitabda əbədiləşdirilməsinin, zəfər tariximizə yazılmasının yetişməkdə olan nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, onların sabahın mərd və cəsur Vətən müdafiəçiləri olmasını qeyd etdi və kitabın hazırlanmasında zəhməti olan hər kəsə təşəkkürünü bildirdi.
Oxucuların ixtiyarına verilən bu kitab şəhidlərin ruhuna böyük ehtiram, onların daim qəlblərimizdə əbədi yaşayacağına sübutdur. Kitabda adları keçən qəhrəmanların hər biri ölümsüzlük qazanmış qəhrəmanlardır. Onlar həm də hər bir gəncə əyani nümunədir.
Allahdan şəhidlərimizə rəhmət diləyirik.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}