Lənkəran sakini intihara cəhd edib

Lənkəranda intihara cəhd olub.
"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Havzava kəndində baş verib.
Belə ki, 1970-ci il təvəllüdlü kənd sakini Ş.Süleymanov özünü asıb. Hadisədən onun oğlu xəbərdar olub. O, kəndiri kəsərək, ailə üzvlərinə məlumat verib və atasını xilas edib. Ş.Süleymanov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. Ş.Süleymanov reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}