Şamaxıda Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində “Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsi təşkil olunub.

Azərbaycan Respublikası Gənclər Fondunun İqtisadiyyat Nazirliyinə müraciəti əsasında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən inzibati kompleksində “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən “Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsi təşkil olunub.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Tədris Mərkəzinin rəisi səlahiyyətlərini icra edən Mirəli Kazımov tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdə milli birliyimizin rolundan, postmünaqişə dövründə Qarabağın dirçəlişi və Böyük Qayıdış prosesində gənclərin fəallığından danışıb.
Tədbir çərçivəsində ayrıca bir gün vergi sahəsinə, bu mövzunun təbliğinə və vergi sistemi ilə tanışlığa həsr olunub. Dövlətin milli təhlükəsizliyinin tərkib hissəsi kimi iqtisadi təhlükəsizliyin təminatı, bu sahədə vergitutmanın rolu, müasir vergi siyasətinin əsas cəhətləri, vergi sistemi ilə ölkənin inkişafı arasında qarşılıqlı əlaqə barədə gənclərə ətraflı məlumat verilib.
Tədris Mərkəzinin əməkdaşları tərəfindən vergi münasibətləri, vergi siyasəti və vergi sistemi, vergitutma, müharibə veteranları, şəhid ailələri üçün nəzərdə tutulan vergi güzəştləri və sair mövzularda gənclərin sualları cavablandırılıb.
Vergi mədəniyyətinin dövlətin sosial-iqtisadi həyatında rolu mövzusunda aparılan müzakirələr gənclərdə xüsusi maraq doğurub

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}