Türkiyə və Pakistan parlamentlərinin sədrləri Azərbaycana gəlib - YENİLƏNİB


  Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun və Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdikləri nümayəndə heyətləri iyulun 26-da Azərbaycana səfərə gəlib.

Şəffaflıq.az xəbər verir ki, Azərbaycanın, Türkiyənin və Pakistanın dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaqları Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədr müavini Adil Əliyev və Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı qarşılayıblar.

17:04

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan Milli Məclisinin sədri Əsəd Qayser Bakıda parlament sədrlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Azərbaycana yola düşüblər.

Şəffaflıq.azTRT Haber”ə istinadən xəbər verir ki, iyulun 27-də Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayserinin iştirakı ilə Üçtərəfli Birinci toplantı başlayır.

Toplantının yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanacaq.

Üçtərəfli toplantıdan əvvəl iyulun 26-da Mustafa Şentop Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət edəcək.

İyulun 28-də Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Mustafa Şentop səfər çərçivəsində Füzuli və Şuşa şəhərlərinə səfər edəcək.

шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}