Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

 Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 55 169 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Şəffaflıq.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24 211, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 958 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 910 624, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 396 007, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 514 617 təşkil edir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}