Əfqanıstanda son sutkada 119 “Taliban” silahlısı ölüdürülüb

 Əfqanıstanda son sutkada təhlükəsizlik qüvvələri ilə “Taliban” silahlıları arasında baş verən atışma nəticəsində 119 terrorçu ölüb.
Şəffaflıq.az “TRTHaber”ə istinadən xəbər verir ki, məlumatı Əfqanıstanın Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, son 24 saatda ölkənin Badqis, Loqar, Faryab, Tahar, Daykundi, Qəndahar, Kunduz, Nanqarhar, Herat, Gelmand, Farah, Baqlan, Uruzqan və Badaxşan əyalətlərinin 15 müxətlif rayonlarında “Taliban” silahlıları ilə atışma olub.
Bildirilib ki, atışma nəticəsində 119 “Taliban”çı ölüb, 84-ü yaralanıb. Terrorçulara aid çoxlu sayda silah-sursat ələ keçirilib.
Əfqanıstan Milli Təhlükəsizlik Şurası ötən həftə yaydığı açıqlamada bildirib ki, “Taliban” bu ilin may ayında 1 455 dəfə hücum edib.
BMT-nin məlumatına görə, Əfqanıstan ərazisinin 50-70 faizi “Taliban”ın nəzarəti altındadır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}