Milli Məclisin sədri Sahibə Qafarova Pakistana rəsmi səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində olub

Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində olub.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin sədri burada ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub.
Sonra parlamentin sədri və nümayəndə heyətinin üzvləri səfirlik əməkdaşları ilə tanış olaraq, onlar üçün yaradılmış şəraitlə yaxından maraqlanıblar.
Milli Məclisin sədri səfirlikdəki xatirə kitabına ürək sözlərini yazıb.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}