Gürcüstandan Azərbaycana avtomobil daşıyan şəxs saxlanılıb

 Gürcüstanda ölkə sərhədləri vasitəsilə malların daşınması qaydalarının pozulmasına görə bir nəfər məsuliyyətə cəlb olunub.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətindən bildirilib.
İstintaqla müəyyən edilib ki, evakuator vasitəsilə Gürcüstandan Azərbaycana minik avtomobilləri daşıyan həmin şəxs əlavə qanunsuz maddi qazanc əldə etmək məqsədilə nəqliyyat vasitələrində bəyan edilməmiş mallar gizlədərək “Qırmızı körpü” gömrük-buraxılış məntəqəsindən keçirməyə cəhd edib.
İstintaq tədbirləri çərçivəsində ümumi dəyəri 15 min lari olan gömrük nəzarətindən gizlədilmiş müxtəlif adda mallar müsadirə edilib.
Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 3 ildən 5 ilədək həbs cəzası gözləyir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}