Günün qoroskopu: 21 Aprel

 Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Liderlik məziyyətlərinizə ehtiyac duyulur. Çünki ətrafınızdakı insanlar sizdən ilk addım, təşəbbüs, qətiyyətli qərar gözləyirlər. Yeni işlərə, habelə genişmiqyaslı və uzunmüddətli layihələrə başlamaq olar. Ümumi maraqlar və hədəflər üzərində qurulmuş münasibətlərə emosiyalar qatmayın.

Günün ikinci yarısında əhvalınız yaxşı olacaq. Səhhətinizi yorğunluq və ya usanma kimi təhlükələr gözləmir. Kimsənin əhvalınızı korlamasına imkan verməyin. Yaşanan olaylardan müsbət enerji almağa, faydalanmağa çalışın.

Buğa - Rahat və əlverişli gündür. Yaxınlarınızla, köhnə dostlarla təmaslarda aktiv olun. Onlarla görüş xoş emosiyalar vəd edir. Son vaxtlarda ehtiyac duyduğunuz əminlik hissi bərpa oluna bilər. Hədiyyə, gəlir istisna deyil.

Günün ilk yarısı fiziki əmək, rutin işlər görmək üçün əlverişlidir.

Günün ikinci hissəsini sakit işlərə həsr edin. Dəvət aldığınız tədbirdə çox vaxt keçirməyin.

Tez yatmağa çalışın.

Əkizlər - Sizin üçün önəmli işdə uğur əldə edə bilərsiniz. Məqsədə çatmaq üçün yaxınlarınızı da işə cəlb edin. Səyləri birləşdirmək gərəkdir. Tərəfdaşlıqda ciddi problemlər yaranmayacaq. Maliyyə fonu əlverişlidir. Alış-verişlə bağlı qərarı müstəqil qəbul edin. İşgüzar hissiyat sizi aldatmayacaq. Di gəl, uzun-uzadı müzakirələr sizi yoldan sapdıra bilər.

Günün ikinci yarısı ünsiyyət, dostlarla görüş, romantik təmaslar üçün yaxşıdır. Axşam saatlarında bir qədər tək qalın. Yeni və maraqlı işlə məşğul olun. Ətrafınızdakı insanlar fikrinizi dağıtmasınlar. Yaşam potensialının səviyyəsi yüksəkdir. Əhvalınız pis olmayacaq.

Xərçəng - Günlə bağlı gözləntiləriniz böyük olmasın. Təşəbbüskar olun, səylərinizi əsirgəməyin. İnad və əzmlə çalışsanız, qarşınıza qoyduğunuz məqsədə çata bilərsiniz. Axınla hərəkət edin, işlərinizi başqalarına həvalə etməyin. Passiv olsanız, uğurlarınız da əhəmiyyətli olmayacaq.

Günün ikinci yarısında işlərin tempini bir qədər aşağı salmaq olar. Amma bu, tənbəllik etmək, istirahət anlamına gəlməməlidir. Əvvəlki vaxtlarla müqayisədə daha çox yazmaq və ya oxumaq istəsəniz, gözləriniz ağrıyacaq.

Axşam saatlarında normal istirahət edin.

Şir - Şəxsi münasibətlərdə yeni təşəbbüslər üçün düşərli gündür. Maraqlı saydığınız insanla görüşün. Sevdiyiniz insanla söhbətdə hisslərinizi etiraf edin. Mühüm görüşə diqqətlə, ciddi şəkillə hazırlaşın. Məntiqli danışın, emosiyalara varmayın.

Köhnə dostlar və tanışlar özlərini xatırladacaqlar. Planlaşdırılmamış görüş, improvizə edilmiş təmaslar istisna deyil. Qonaq gələcək. Ev işləri çox vaxt almayacaq. Üstəlik, yaxınlarınız və ailə üzvləriniz də sizə yardım edəcəklər.

Axşam saatlarında kəsici və iti alətlərlə çalışmayın. Kiçik, amma xoşagəlməz travmalar riski var.

Qız - Maliyyə fonu uğurlu olan gündür. Maliyyə məsələləri ilə bağlı qərarlar vermək, habelə əmlakın bölüşdürülməsi, dəyişdirilməsi və ya satışı ilə bağlı məsələləri müzakirə etmək olar. Çətinliklərdən qorxmayın, sədləri və məneələri dəf edin. Yaxın ətrafınızdakı insanlarla müqayisədə çətinlikləri daha sürətlə keçəcək, əhəmiyyətli uğurlara nail olacaqsınız.

Nailiyyətləriniz rəqib və bədxahları sinirləndirəcək. Sizə paxıllıq edənlər az deyil. Lakin ləyaqətli insanların sizə rəğbəti artır.

Günün ikinci yarısında ailə üzvlərindən biri ilə fikir ayrılığı, sevdiyiniz insanla mübahisə ola bilər. Heç bir halda qarşılıqlı iradlara başlamayın, təhqirə və aşağılamalara keçməyin.

Tərəzi - Vaxtınızı boşuna sərf etməyin. Fəal olun, çalışdığınız sahədə süstlük nümayiş etdirməyin. Bir işi başa vuran kimi başqasına başlayın. Narahat olmayın: ifrat yorğunluğa qapılmayacaqsınız. Yaşam potensialının səviyyəsi yüksəkdir. İşləməkdən çəkinməyin. Lakin yaxın ətrafınızdakı insanlardan da analoji fəallıq, təşəbbüskarlıq gözləməyin. Sizdən zəif olanlara diqqət yetirin, onların qayğısına qalın.

Günün ikinci yarısı ezamiyyət, qısamüddətli səfər və harasa yollanmaq üçün əlverişli zamandır. Yeni informasiya və məlumatları qaçırmayın. Onlar karınıza gələ bilər.



Axşam saatlarında bir qədər tək qalın, yaşananları təhlil edin.

Əqrəb - Nə istədiyinizi, hansı məqsədə can atdığınızı dəqiqləşdirin. Başqalarının sizinlə bağlı dediklərinə qulaq verin. Əməl və qərarlarınızı tənqid edənlər az deyil. Amma sizə dəstək verəcək, həyan duracaq adam da tapılacaq. Həmin şəxs etibarlı müttəfiqə çevriləcək. Yeni kommersiya layihəsinə başlamaq olar. İş nə qədər orijinaldırsa, o qədər çox gəlir vəd edir.

Günün ikinci yarısında yaxınlarınızdan biri ilə anlaşılmazlıq yarana bilər. Ailə işləri və məişət qayğılarını qulaqardına vurmayın. Təmkinli və səbirli olun, xırda məsələni ciddi problemə çevirməyin.

Yaranmış mübahisəni asanlıqla çözmək olar.

Oxatan - Maraqlı görüşlər, pozitiv emosiyalar, şadyanalıq vəd edən xoş gündür. Aktiv olun, süstlük və tənbəlliyə qapılmayın. Plan və ideyalarınızı yaxın bildiyiniz insanlarla bölüşsəniz, dəstək, yardım ala bilərsiniz. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Başladığınız işi bitirin, fikrinizi mənasız işlərə və boş söhbətlərə yayındırmayın.

Günün ikinci yarısı dəvət aldığınız tədbirə qatılmaq üçün əlverişli zamandır. Diqqət mərkəzində olmağa çalışın. Xoş tanışlıq, yaxşı perspektivlər vəd edən ünsiyyət istisna deyil.

Sevdiyiniz insana qısqanclıq üçün səbəb verməyin.

Oğlaq - Narahat olmağa səbəb yoxdur. Başladığınız işləri yarımçıq qoymayın. Əvvəllər əldə etdiyiniz təcrübə və biliklər karınıza gələcək. Atmaq istədiyiniz, amma atmağa vaxt tapmadığınız alət və ya avadanlıqdan indi istifadə edə bilərsiniz.

Yarımçış işləri başa vurun. Anlaşılmazlıq səbəbindən kəsilmiş romantik əlaqəni bərpa edin.

Günün ikinci yarısında planlaşdırılmamış səfər və ya səyahətdən imtina edin. Belə "macəra" sizi yoracaq, xoş təəssürat bağışlamayacaq. Texnika və nəqliyyat vasitəsi almaq məsləhət deyil. Alış-verişdə bədxərclik etməyin.

Dolça - Sizi çoxdan bəri narahat edən problemi yaxınlarınızla müzakirə etməyin vaxtı çatıb. Bu söhbət zamanı soyuqqanlı olun, təmkinli davranın. Emosiyalara uymasanız, problemin həllini tapa bilərsiniz. Saatlar keçdikcə daha aktiv olmağınız gərəkdir. Uzaq qohumlardan biri ilə bağlı xəbər alacaqsınız.

Günün ikinci yarısının maliyyə fonu uğurludur. Gəlir, bəlkə də, olmayacaq. Amma pul əldə etməyin yollarını ən yaxın vaxtlarda tapacaqsınız. Səhhətinizdə ciddi problemlər yaranmayacaq. Əhvalınız yaxşı olacaq.

Axşam saatlarını xoş keçirin.

Balıqlar - Gərgin, çətin, amma maraqlı gündür. Taleyinizə asan olmayan sınaqlar yazılıb. Onların öhdəsindən soyuqqanlılıqla gələ bilərsiniz. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin. Yaxın ətrafınızdakı insanlar sizə həsədlə baxırlar. Yeni təmaslar və ya ünsiyyət pozitiv emosiyalar verə bilər.

Günün ikinci yarısında ruhdan düşməyin. Mənfi təmayüllərin təsiri xüsusilə güclənəcək. Yaxınlarınıza yardım üçün müraciət etməkdən çəkinməyin.

Axşam saatlarında aktiv istirahəti seçin. 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}