Nazirlikdən hava xəbərdarlığı

 

Bakıda və Abşeron yarımadasında aprelin 21-i gündüzdən 23-ü gündüzədək şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək.


Şəffaflıq.az xəbər verir ki, bu barədə ETSN-in Milli Hidrometeorologiya Xidməti məlumat verib.

Qeyd olunur ki, Azərbaycanın bəzi şimal və qərb rayonlarında aprelin 21-dən 23-ü axşamadək şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}