Oruc tutmaq immuniteti zəiflədir?

Ramazan ayının yaz aylarına təsadüf etməsi, orucun təxminən 17 saata yaxın olması aclıq və susuzluğu daha çox hiss etdirmiş olur. Buna görə də, bu ayda yetərli və keyfiyyətli qidalanmaq vacibdir. Koronavirusun yayıldığı dönəmdə isə xüsusən immunitetin aşağı düşməməsi üçün imsak və iftarda faydalı və vitaminli qidalar qəbul edilməlidir.
Qida texnoloqu Ağa Salmanovun sözlərinə görə, Ramazan ayında imsak xüsusən önəmlidir və bu zaman vitaminli qidalardan istifadə immunitetin zəifləməməsi üçün olduqca vacibdir.
İlahiyyatçı Ağa Hacıbəyli bildirir ki, Ramazan ayında tənbəllik edən, imsaka oyanmayıb, gecə yedikləri ilə kifayətlənənlər var ki, bu immun sisteminə məfi təsir göstərməklə yanaşı müsəlman adətlərində də doğru qəbul edilmir.




Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}