Norveçdə məhbus həyatı: Maraqlı faktlar

 

Norveç planetin böyük hissəsində xoşbəxtlik diyarı sayılan ölkələrdəndir. Burada yaşamağa can atanlar çoxdur.


Bir də Norveçdə məhbus olmaq var. Skandinaviya ölkəsində həbsxanada da özünü azadlıqdakı kimi hiss edə bilərsən.

Şəffaflıq.az xəbər verir ki, qədim şəhərlərdən olan Haldenin cəzaçəkmə müəssisəsində çox yaxşı şərait yaradılıb. Burada məhbuslara geniş imkanlar təklif olunur. Məsələn, hara getsəniz, çəngəli məhkumdan uzaq tutmağa çalışırlar. Amma Halden həbsxanasında isə bu mətbəx əşyasından istifadəni çox normal sayırlar.

Norveçdə məhbuslara hətta ABŞ-dan da fərqli münasibət göstərilir. Avropa ölkəsində cinayətkarları tərbiyə etməyə üstünlük verirlər. Norveçdə heç ömürlük həbs cəzası da yoxdur.

Ciddi rejimli cəzaçəkmə müəssisi statusu daşıyan Halden həbsxanası 2010-cu ildə açılıb. Amma burada ciddi rejimdən əsər-əlamət yoxdur. Dünyada daha humanist yanaşmaya rast gəlmək çətindir.

Halden həbsxanasının layihəsini memar Erik Moller hazırlayıb. Cəzaçəkmə müəssisəsi təbiətin qoynunda yerləşir. Məhbuslar pəncərədən çiçəklərə, ağaclara tamaşa edə bilir.

Həbsxana kameralarının qapıları ağacdandır. Kameraların özü isə daha çox tələbə yataqxanasının otaqlarını xatırladır.

Halden cəzaçəkmə müəssisəsinin əsas prinsiplərindən biri budur ki, məhbus özünü insan kimi hiss etməlidir. Bunun qarşılığında onların özünü sivil aparacağı gözlənilir.

Məhbuslar özünü çox sərbəst aparır. Onlar yemək bişirir, istədiyi kimi qidalanır. Burada təzə meyvələr yemək mümkündür. 


Müxtəlif peşələrə sahiblənmək imkanı ayrıca üstünlükdür. Məhbuslara istirahət otağı da ayrılıb. Həmin otaqlarda video oyunlarda bacarığını sınamağa, filmlər izləməyə şərait yaradılır. Basketbol oynamaq üçün idman zalı da var.

Cəzaçəkmə müəssisəsinin sakinlərinin musiqi alətlərində ifa etmək imkanı olur. Staduyada səs yazdırmaq istəyən varsa, hər hansı problemdən söhbət gedə bilməz.

Dindarlar da nəzərə alınıb. Etiqadı olanlar üçün hər cür ritual qəbulediləndir.

Bir sözlə, Norveçdə məhbus olmaq bir çox ölkələrdə azadlıqda gəzməkdən daha yaxşıdır. Çünki şimal dövlətində insan amili çox yüksəkdə dayanır.


 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}