Bütün evlərini satan Aygün Kazımovadan etiraf

Xalq artisti Aygün Kazımova bütün evlərini satdığını, kirayədə yaşadığını etiraf edib.
Şəffaflıq.az axşam.az-a istinadən bildirir ki, müğənni bu haqda "Həmin Zaur" proqramında danışıb. O bildirib ki, hər şeyini layihələri üçün satıb. Kazımova aparıcı Zaur Kamalın "Azərbaycanda sizin kimi sənətinə bu qədər pul tökən ikinci adam var" sualına Aygün belə cavab verib:
"Mənim kimi ağılsızı yoxdur. Amma peşman deyiləm. Hətta düşünürəm ki, az etmişəm. Ən böyük layihələrimi hələ planlaşdırmışam. Hələ nə etdim, bilsəniz, nə kimi planlarım var. Mənə hər zaman dostlarım maddi dəstək olur. Bir çox konsertimi dost sayəsində etdim. Hətta "Kristal hall" konsertimi dostumun sayəsində etmişəm. Hər şeyimi satmışam. Satılacaq nəyimsə olsaydı, dostdan borc almazdım.
Röya ilə qonşu olduğum ev kirayədir. Amma şikayət etmirəm, halımdan məmnunam".
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}