Cennifer Lopezin sevgilisi fırıldaqçılıq və reketlikdə ittiham olunur


 

Məşhur müğənni Cennifer Lopezin sevgilisi Aleks Rodriges fırıldaqçılıq və reketlikdə ittiham olunur.

Şəffaflıq.az “Daily Mail” nəşrinin məlumatına istinadən bildirir ki, peşəkar beysbolçu keçmiş həyat yoldaşı Konstantin Skertis tərəfindən məhkəməyə verilib.

İdmançı vergi sənədlərinin saxtalaşdırılması, sığorta fırıldağı, həmçinin birgə əmlakın mənimsənilməsi kimi cinayətlərdə günahlandırılır.

Aleksin sabiq həyat yoldaşının sözlərinə görə, 2002-ci ildə onlar birlikdə daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şirkət yaradıblar. Tədricən Rodriges xanımını bu şirkətdən sıxışdırıb çıxarıb və onu inandırıb ki, öz payına düşən gəlirləri şirkətin hesabından çıxarmayaraq, onun inkişafına yönəldsin. Beləliklə də, Skertis 8 milyon dollarından məhrum olub.

Beysbolçunun vəkilləri Konstantinin ittiihamlarını əsassız adlandırıb və məsələyə məhkəmədə baxılacağını bildiriblər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}