Fransa şirkətinin koronavirus dərmanı Böyük Britaniyada sınaqdan keçirilir

 

Fransanın “Valneva SE” şirkəti koronavirusa qarşı hazırladığı peyvənd dərmanının Böyük Britaniyada klinik sınaqlarına başlandığını açıqlayıb.

Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, “VLA2001” adlı dərmanın Birmingham, Bristol, Nyukasl, Southampton şəhərlərində yerləşən klinik tədqiqat mərkəzlərində keçirilən sınaqlarda 18-55 yaş arasında 150-dək könüllü iştirak edəcək.

Bu sınaqlar uğurlu keçsə, şirkət 4 min könüllünün iştirakı ilə növbəti sınaqlar keçirməyi nəzərdə tutur.

Bütövlükdə hökumət Böyük Britaniya əhalisi üçün 360 milyon doz peyvənd dərmanı tədarükü görüb. O cümlədən Oksford Universiteti ilə “Astra Zeneca” şirkətinin birgə hazırladığı dərmandan 100 milyon doz, “BioNTech” və “Pfizer” şirkətlərinin dərmanından 40 milyon doz “Novavax” şirkətinin dərmanından 60 milyon doz (hər üçünün sınaqları üçüncü mərhələdədir), “Valneva” şirkətinin dərmanından 60 milyon doz, “GSK” və “Sanofi” şirkətlərinin dərmanından 60 milyon doz (birinci mərhələdə), “Janssen” şirkətinin dərmanından 30 milyon doz (ikinci mərhələ), “Moderna” şirkətinin dərmanından 7 milyonadək doz gətirilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}